Bakı şəhərinin mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər.
Teleqraf.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Gecə təxminən saat 03:00 radələrində "Torqovıy" adlanan ərazidə gediş haqqını istəyən taksi sürücüsü ilə sərnişin qismində olan xanım arasında münaqişə yaranıb. Zəng edərək öz yaxınlarını hadisə yerinə çağıran xanımın yaxınları taksi sürücüsünə qarşı zor tətbiq ediblər.
Xanımın ora çağırdığı yaxınları ictimai qayda-qanunu kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib, taksi sürücüsü üzərində zor tətbiq edərək qərəzli hərəkətlər etmiş olan 77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili ilə yolu bağlayaraq hərəkətə maneə törədib.
/Oxu.az/