Bakının Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 2 nəfər naməlum şəxs orada işləyən Qazax rayon sakini Elnur Məmmədovun mobil telefonunu alıblar.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini Təbriz Qarayev və Ucar rayon sakini Ruslan Ələkbərli tutulublar.
Hacı Zeynalov