7 Noyabr 2014 16:26
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asəf Quliyev

Dünən “Qarabağ” uduzdu. Öz meydanında. Amma Azərbaycanı Qarabağ adına yenə bir araya gətirdi. Qələbəyə sahib durmaq istəyənlər çox olur. Məğlubiyyət isə yetimdir.

Mən bu məğlubiyyətlə də “Qarabağ”ı təbrik edirəm. Çünki “Qarabağ” Azərbaycan üçün çox mühüm bir reallığı gerçəkləşdirməkdədir. Avropada Qarabağ adını bir daha gündəmə gətirdi. Bir daha Avropanın kar qulaqlarına çatacaq bir səslə “Qarabağ” dedirtdi.

Buna görə “Qarabağ”a sağ ol düşür. Sağ ol, “Qarabağ”!

***

Dünən “Qarabağ”ın oyununa hazırlaşan zaman maraqlı bir informasiya ilə rastlaşdım. Fransa mediasında “Qarabağ” Ermənistanın klubu kimi göstərilib. Bu barədə Azərbaycan mediası yazdı. Amma burda yazılanlar fransızlara çətin çatır. Əgər çətin çatmasaydı, yəqin onlar bilərdi ki, “Qarabağ” Ermənistanın yox, Azərbaycanındır.

İndi kimlərsə bu məsələdə erməni izi axtaracaq. Amma mən axtarmıram. Bu məsələdə birbaşa fransız izi axtarıram. Bu təxribatın arxasında əclaf fransızlar dayanır. Əslində onlar bacısı olduqları ermənilərə də bununla yaxşılıq yox, pislik edirlər.

***

İndi bütün dünyaya ermənilərin sırımaq istədiyi bir məsələ var. Ermənistan ayrı bir subyektdir, Dağlıq Qarabağ isə ayrı. Amma Fransa mediasında ermənilərə ayı xidməti göstərən əclaf fransızlar dünyaya xoruzun quyruğunu göstərib. Onlar “Qarabağ”ı Ermənistanınkı kimi göstəriblər. Düşünərək ki, Avropa oxuyucusu belə də anlayacaq - Qarabağ Ermənistanındır!

Amma bir az əvvəl qeyd elədim ki, ermənilər indi ayrı havadadır. Onlar Dağlıq Qarabağı ayrıca subyekt kimi dünyaya sırımaq istəyirlər.

Mən münaqişənin detallarını öyrənməyə çalışan bir adam kimi əminəm ki, bu erməni təxribatı deyil. Bu məhz fransız təxribatıdır. Çünki ermənilər indi Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görmək istəmir.

Bilirəm, ilk ağlınıza gələn məni qınamaq və ilk düşünəcəyiniz arqument də söhbətin “Qarabağ” komandasından getdiyini demək olacaq. O zaman bu informasiyanın təhtəlşüura təsiri barədə düşünməyə çalışın. Və bu informasiyanın yaratdığı assosiasiyanı düşünün.

***

Bəs mən niyə mən erməniləri yox, fransızları günahkar bilirəm?

İndiki cavanlar bilməz. Amma sovet təhsil sistemində oxuyanların yəqin yaxşı yadındadır Cəfər Cabbarlının “1905-ci ildə” əsəri. O əsəri indi dərsliklərdən çıxarıblar. Nahaq. Bu öz yerində. Amma o əsərin ən vacib mesajı iki sözdən ibarətdir – “Atan kazaklardı”.

Bəli, bəli. Atan kazaklardı. Bu hadisələr ötən əsrin 5-ci ilində baş verib.

İndi isə təkcə kazaklar atmır. İndi yankilər də atır, ingilislər də atır, almanlar da atır, o cümlədən fransızlar da.

Bax, “Qarabağ”ın erməni komandası kimi göstərilməsi də məhz bunun təzahürüdür. Əminəm ki, Cəfər Cabbarlı sağ olsaydı, deyərdi: “Atan fransızlardı”.

***

Çoxları fransızları aydan arı, sudan duru hesab edə bilər. Amma onlar da ruslar kimi...

Günlərin bir günün AzTV-nin hörmətli rejissorlarından biri Fransaya gedir. Oradan özünə ala-bəzək bir pencək də alır. Necə olmasa fransuzskidi. Pencəyi geyinib AzTV-yə gələn rejissor hiss edir ki, həmkarlarının bu ala-bəzək pencəkdən xoşu gəlmədi. Seçiminə haqq qazandırmaq istəyən rejissor “ə, vallah Fransadan almışam” deyir. Bunu eşidən hazırcavab həmkarlardan biri dərhal reaksiya verir:

“Fransada “çuşka” yoxdu bəyəm?”

İndi hesab etsəniz ki, fransızlar ruslardan fərqlənirlər, yanılırsız. Fransada “çuşka”larla yanaşı, millətləri bir-birinə vuruşdurub mənfəət götürənləri də var.

***

Bu yerdə bir məqamı da deməsəm, düz olmaz. Necə olmasa söhbət fransız həmkarlarımdan gedir axı. Hanı bəs Avropa jurnalistikasının dəyərləri? Hanı bəs informasiyanın mənbəyini yoxlamaq mədəniyyəti? Nə bilim daha nələr, nələr..?

Mən Azərbaycan jurnalistikasının gözünə Avropa dəyərlərini soxmağa çalışan dostlara bu yerdə ağsaqqalımız Şirməmməd Hüseynovdan misal çəkəcəm.

“Press Klub” yenicə yaranmışdı. BBC-dən dəvət olunmuş hüquqşünas Azərbaycan jurnalistlərinə “dərs” keçməyə gəlmişdi ki, bəs necə yazın ki, məhkəmə ilə probleminiz olmasın. Bu ingilis çox danışdı. Dinləyicilər arasında çox adam vardı. Qulu Məhərrəmli, Sevil Nuriyeva, Əflatun Amaşov, Şirməmməd Hüseynov və bir çoxları.

İngilis çox danışdı. Şirməmməd müəllim bir sağa, bir sola baxdı və tərcüməçiyə səsləndi: “Ə, ona denən bir dayansın”. Hamı diqqətini Şirməmməd müəllimə doğru yönəltdi. O cümlədən ingilis də. Tərcüməçi bir az tərəddüddən sonra ağsaqqalın dediyini ona çatdırdı. İngilis eynəyini çıxardıb gözünü Şirməmməd Hüseynova zillədi.

Şirməmməd müəllim əhvalını pozmadan dedi: “Ə, ona başa salın ki, biz bilirik aya necə uçurlar. Sadəcə raketimiz yoxdu”.

Bununla da “dərs” başa çatdı. O ingilisin dediklərindən mənim yadımda heç nə qalmadı. Amma Şirməmməd Hüseynovdan çox böyük dərs aldım.

***

Növbəti mərhələdə “Qarabağ” Fransaya gedir “Sent-Etyen”lə oynamağa. Mən meydanda nə baş verəcəyindən nigaran deyiləm. Və doğma komandamıza uğurlar diləyirəm. Amma “Qarabağ” meydana girənə qədər fransızların əclaf olduğunu onların diqqətinə çatdırmaq lazımdı...


Müəllif: Asəf Quliyev