Ukrayna 2023-cü ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməkdən imtina edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa Yayım Birliyi yayıb.
Bildirilib ki, müsabiqə Böyük Britaniyada keçiriləcək.
Müsabiqəsinin İdarə Heyəti belə qənaətə gəlib ki, Ukraynadakı mövcud şərait müsabiqənin təhlükəsiz və qaydalar çərçivəsində yayımına imkan vermir.
"Tədbir harada keçirilməsindən asılı olmayaraq Ukraynanın qələbəsi gələn ilki şouda öz əksini tapacaq"- deyə bəyanatda vurğulanıb.