BMT Təhülkəsizlik Şurası Rusiya-Ukrayna təmas xəttində yaranmış gərginliyi müzakirə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Röyter məlumat yayıb.
Bundan əvvəl Ukrayna Krım hadisələri ətrafında BMT Təhülkəsizlik Şurası ilə məsləhətləşmə apardığını bəyan eləmişdi.
Avqustun 10-da Rusiyanın Federal Təhqiqat Bürosu Ukrayna kəşfiyyatının Krımda terror törətmək cəhdinin qarşısını aldığı barədə məlumat yayıb. Bildirildiyinə görə, toqquşma zamanı iki rus hərbçisi həlak olub.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna tərəfi diplomatik danışıqlardan terrora keçib və belə şəraitdə Normand formatında görüşlər mənasını itirib.
Krım gərginliyinə NATO da münasibət bildirib. Alyans təmsilçi açıqlamasında Rusiya ilə Ukrayna arasında gərginliyi narahatlıqla izlədiklərini deyib: "Ukrayna qəti surətdə Rusiyanın ittihamlarını rədd edir və bildirir ki, öz ərazi bütövlüyünün təmin edilməsinə yalnız siyasi-diplomatik üsullarla cəhd göstərir. Eyni zamanda Rusiya Ukraynaya qarşı ittihamlarına əsaslı dəlil-sübut əlavə etməyib".