Nigeriya kəşfiyyatının yaydığı xəbərə görə, radikal islamçı Boko Haram qruplaşmasının qaçırdığı qadın və qızlardan ən azı 60-ı azadlıqdadır.
Teleqraf.com-un xəbərinə görə, qaçmağa müvəffəq olan xanımlar, bir müddət öncə ölkənin Borno ştatında yerləşən Damboa şəhərindən qaçırılmışdılar.
Qadınlar islamçıların hərbi bazaya hücuma geçməsindən istifadə edərək saxlandıqları ərazidən qaça biliblər.
Nigeriyanın hərbi komandanlığından verilən məlumata görə, Damboa bazasına hücum zamanı 50 cihadçı öldürülüb.
Hazırda qruplaşma cari ilin aprel ayında qaçırdığı 200-dən artıq məktəbli qızı girov saxlayır.
Ülviyyə