Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, Prezident Duterte ABŞ dövlət başçısı Trampın onu Ağ-Evə dəvət təklifini “bu günlər çox məşğulam” deyərək, geri çevirib: “Xeyr. Çünki çox məşğulam. Qəti bir söz deyə bilmərəm. Rusiya və İsrailə getməliyəm”.
Xatırladaq ki, ötən gün Prezident Tramp Filippin dövlət başçısı ilə telefonla danışıb və onu Ağ Evə dəvət etdiyini açıqlamışdı. Tramp Filippinin strateji və hərbi baxımdan əhəmiyyətli ölkə olduğunu qeyd edərək Rodrigo Duterte ilə görüşməyi dörd gözlə gözlədiyini bildirmişdi: “Əgər Flippin prezidenti Ağ Evə gələrsə, gözəl olar”
Qeyd edək ki, bir müddət əvvəl Filippin prezidenti Duterte sabiq Prezident Barak Obama haqqında ağır ifadələr işlətmişdi.
Cavad