İsrail ordusunun Qəzzadakı hərbi əməliyyatları Fələstin-İsrail sülh danışıqlarına mənfi təsir edir.
Bunu Fələstin Prezidenti Mahmud Abbas bəyan edib.
Onun sözlərinə görə, Qəzzada çoxlu sayda dinc sakinin ölümünə səbəb olan hərbi əməliyyatlar cəzasız qalmayacaq.
İyulun 7-dən həyata keçirilən "Sarsılmaz qaya" əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.
Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.
/trend/