5 Sentyabr 2017 15:36
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Çin səfərinin yekunlarına dair keçirilən mətbuat konfrasında jurnalistlərdən birinə qəzəblənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb jurnalistin ABŞ Prezidenti Donald Trampın siyasəti ilə bağlı sualı olub:

“Siz sual verirsiz ki, Trampın siyasəti məni təəccübləndirir, ya yox? O mənim arvadım deyil, mən də onun əri deyiləm. Biz siyasətlə məşğuluq. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir və ona uyğun siyasət yürüdür”.

Putin Trampın impiçmenti ilə bağlı suala da sərt reaksiya verib: “Bunu müzakirə etmək düzgün olmazdı”.


Müəllif: Samir

Oxşar xəbərlər