Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın ABŞ-ın YPG terror təşkilatı ilə birgə yaradacağı 30 minlik ordu ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, İ.Qalın ABŞ İŞİD-lə mübarizə adı altında PKK-nın Suriya qolu olan PYD-YPG-yə verdiyi dəstək bölgədə daha bir terror təşkilatının güclənməsinə səbəb olacaq. Türkiyə milli maraqlarının müdafiəsi çərçivəsində lazım olan addımları atacaq. Terror təşkilatlarına qarşı harada, nə vaxt və necə mübarizə aparmaq Türkiyə tərəfindən müəyyən ediləcək. Terror qruplaşmalarına qarşı hər cür müdaxilə Türkiyənin təbii haqqıdır".
Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil əsasən PYD üzvlərindən təşkil olunacaq Suriya Demokratik Qüvvələrinə aid 30 minlik sərhəd xidməti yaradacaqlarını bəyan edib. Sərhəd ordusu Suriyanın Türkiyə və İraqla olan sərhədlərini mühafizə edəcək.