29 Aprel 2018 20:15
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq məhkəməsi 19 nəfər Rusiya vətəndaşını ömürlük həbs cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı İraqın Əl Sumaria telekanalı yayıb.

Məlumata görə, onlar İŞİD terror qrupuna qoşulmaqda ittiham edilib. Telekanal hadisənin detalları haqda başqa məlumat verməyib.

Qeyd edək ki, aprel ayında İraq məhkəməsi 7 xarici vətəndaşı ömürlük həbs cəzasına məhkum edib. Onlardan ikisi Rusiya vətəndaşı olub.

Rusiya DİN-in məlumatına görə, İraq həbsxanalarında hazırda Rusiya vətəndaşı olan 70 qadın saxlanılır.


Müəllif: Alpər

Oxşar xəbərlər