23 İyun 2018 09:31
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul"un və Misir milli komandasının yarımmüdafiəçi Məhəmməd Salah Rusiyanın Çeçenistan Respublikasının Fəxri vətəndaşı adına layiq görülüb.

Yarımmüdafiəçini Çeçenistanın başçısı Ramzan Kadırov təltif edib.

O, sosial şəbəkədəki səhifəsində yazıb: "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım."


Müəllif: Mənbə/Trend