Moldova prezidenti İqor Dodonun korteji qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, qəza barədə məlumat verən İ.Dodo hadisənin rayonlardan birinə səfərə gedərkən baş verdiyini deyib. .
“Əks zolağa qəfildən avtomobil çıxdı, və mənim avtomobilimin arxasınca gələn maşına çırpıldı”, - Dodon deyib.
Prezident qeyd edib ki, hazırda polis qəzanın səbəblərini dəqiqləşdirir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında da İ.Dodon qəzaya düşmüşdü. Həmin hadisə zamanı prezident xəstəxanaya yerləşdirilmişdi.