11 Aprel 2019 09:10
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Avropaya, Çinin cənub-şərqi Asiyaya hücum təhlükəsi gerçək deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fox News telekanalına ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor deyib.

Hərbçi bildirib ki, Rusiya ordusu Avropaya hücum etmək və oranı tutmağa hazırlaşmır, buna görə də ABŞ-ın bu qitədə hərbi qüvvə yerləşdirməsinə ehtiyac yoxdur.

Onun fikrincə, Avropda hərbi qüvvə yerləşdirmək ABŞ-da yalnız müəyyən qrupların marağına uyğundur, onlar savaşdan böyük pullar qazanırlar: "Okeanın o tayında mövcudluq belələri üçün kassa aparatıdır".

Duqlas Makqreqor hesab edir ki, okeanın o tayına göndərilən hərbi qüvvəni Mekska sahillərinə, ölkəni miqrantlardan qorumağa yollamaq daha düzgün olar.


Müəllif: Mahir

Oxşar xəbərlər