Şimali Koreya xarici işlər nazirinin köməkçisi Pak Munq Suriyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, o, səfər çərçivəsində paytaxt Dəməşqdə Suriya xarici işlər naziri Vəlid Müəllimlə görüşüb.
Görüşdə ABŞ-a qarşı birgə mübarizə məsələləri müzakirə edilib və Amerikanın hücumlarının qarşısının alınması üçün birgə tədbirlər planı masaya yatırılıb.
Suriyalı diplomat Şimali Koreyanın ABŞ-ın hücumlarına qarşı mübarizədə Suriyanı dəstəklədiyinə görə bu ölkənin rəhbərliyinə təşəkkür edib.