Təbriz həbsxanasında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari aclıq aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, fəal yaxınları ilə telefon əlaqəsi saxlayaraq aclığa başladığını bildirib.
Əmir Səttari dosyesinə əlavə edilmiş saxta ittihamlar və məhkəmə prosesinin ləngiməsinə etiraz olaraq aksiyaya başladığını deyib.
O, dosyeyə İranın təhlükəsizlik orqanlarının qanunsuz müdaxilə etdiyini bildirib.
Təbriz sakini olan Əmir Səttari ali məktəb tələbəsidir.
Fəal 2018-ci il yanvarın 1-də “daxili təhlükəsizliyin əleyhinə toplaşma və anlaşma” ittihamı ilə 7 ay həbs cəzasına məhkum edilib.