12 İyul 2019 16:10
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyədə təslim edilməsindən sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, alyans komandanlığı Türkiyənin bu addımının narahatlıq yaratdığını bildirib.

“Türkiyənin “S-400” sistemləri almasından narahatıq”, - NATO-nun açıqlamasında deyilib.

Əlavə edək ki, Rusiyadan alınan “S-400” zenit-raket kompleksinin Türkiyəyə təslim edilməsi prosesi başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu