5 Avqust 2019 18:44
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış gərginlik Ermənistanı narahat etməlidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Kommunist Partiyasının yaydığı bəyanatda bildirilib.

Bəyanatda Baş nazir Nikol Paşinyanın Qarabağa səfərindən sonra vəziyyətin getdikcə Ermənistanın əleyhinə dəyişəcəyi ifadə olunub.

Partiya hesab edir ki, Azərbaycanın işğal edilmiş bölgəsinə NATO, yaxud Qərb sülhməramlılarının yerləşdirilməsi bu bölgənin Ermənistan üçün birdəfəlik itirilməsinə yol açacaq. Buna görə də, Ermənistan Kommunist Partiyası Ermənistan rəhbərliyinin Rusiya və İranla hərəkət etməli olduğunu vurğulayıb:

“Rusiya və İranın maraqlarına zidd gedərək NATO, yaxud Qərb sülhməramlılarının Qarabağda yerləşdirilməsinə razı olmaq bu bölgənin itirilməsi ilə nəticələnə bilər”.

Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “VII erməni oyunları”nın açılış mərasimində iştirak etmək üçün bu bölgəyə gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər