2 Noyabr 2019 16:46
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somali ordusu ilə silahlı qruplaşma arasında baş verən qarşıdurmada ölənlərin sayı 54-ə çatıb.

Teleqraf.com xəbər verir ki, hökumət bundan əvvəl olay zamanı 35 hərbçinin həlak olduğunu açıqlamışdı.

İndelimandakı silahlı qüvvələrin mövqelərinə edilən növbəti hücumdan sonra bir mülki şəxs daxil olmaqla 54 cəsəd tapılıb.

Somali hökuməti baş verən olayı terror adlandırıb. Hazırda hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.


Müəllif: Mənsur Rəğbətoğlu