23 Noyabr 2019 20:50
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xakasiya Respublikasının Beltirskoye kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində ata və iki azyaşlı övladı həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə Rusiya İstintaq Komitəsinin regional şöbəsindən məlumat verilib:

“Askiz rayonunun Beltirskoye kəndində fərdi yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nəticədə yeddi yaşlı qız və üç yaşlı oğlan, eləcə də onların 42 yaşlı atası həlak olub”.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.


Müəllif: Səxavət