23 Sentyabr 2014 11:51
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Ukrayna hadisələrinə görə Putini dəvət etmək fikrindən daşınıb.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın baş naziri Sinco Abe açıqlama verib.

O, 2014-cü ilin noyabr ayında baş tutması gözlənilən görüşün 2015-ci ilin yazına kimi təxirə salındığını bildirib.

Abe deyib ki, Rəsmi Vaşinqton Moskvanın Ukraynanın şərqində törətdiklərini nəzərə alaraq Tokiodan Putinin səfərini təxirə salmağı xahiş edib.

Bununla belə, Abe və Putin Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq təşkilatının noyabr sammiti çərçivəsində danışıqlar aparmaq niyyətindədirlər.

Xatırladaq ki, hələ 2013-cü ilin aprel ayında Abe Putini Yapinoyaya səfərə dəvət edib və 9 ay sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bu dəvətin qəbul olunduğunu söyləyib.

Bu ilin avqustunda isə Ukraynada baş verən hadisələrlə bağlı Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq edib və sentyabrda bu qadağalara edilən əlavələrdə Rusiya prezidentinin Tokioya səfərinin təxirə salına biləcəyi qeyd edilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər