20 Yanvar 2020 17:10
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar Azərbaycanın azadlığını qazanmasında rol oynayan ən önəmli hadisələrdən biridir.

Bunu Teleqraf.com-a açıqlamasında türk politoloq Cihad Rəhmi Akar deyib.

Ekspertin sözlərinə görə, SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyə qovuşmasında 20 Yanvar hadisələrinin müstəsna rolu var:

“20 yanvar hadisələrində XI qızıl ordu tərəfindən qətlə yetirilən, şəhid edilən insanlarımızı həmin hadisələrin 30 cu ildönümündə rəhmətlə yad edirik. Onların qardaş ölkə Azərbaycanın müstəqilliyinə gedən yolda rolları danılmazdır. Necə 2016-cı ilin iyulun 15-də Türkiyədə millətimiz küçələrə axışdı və ölkəsinin gələcəyinə uzanan xain əlləri öz canları, qanları bahasına bu ölkədən uzaq tutdusa, 20 yanvar 1990-cı ildə, bundan otuz il öncə də Azərbaycanın paytaxtı Bakıda eyni hadisələr baş verdi və Bakıya qoşun yeridən o zamanın əliqanlı rus rejiminə qarşı Azərbaycan xalqı qoca, cavan, qadın, uşaq demədən ayağa qalxdı, şəhid oldu, yaralandı.

Amma əqidəsindən dönmədi, sabahına ümidlə, inamla baxdı və bunun nəticəsində də bu gün regionun ən güclü dövləti olan Azərbaycan yarandı. Bu gün bizim Türk və müsəlman coğrafiyasının məhz türk və müsəlman olduqları üçün şəhid edilən soydaşlarımızı anma günümüzdə... Bu günü qətiyyən yas günü kimi qəbul etmirik və etməməliyik. Bu gün bizim Türk və müsəlman aləminin şərəfli bir tarixlərimizdən birisi olmaqla yanaşı, eyni zamanda qürurla tarixə yazdırdığımız bir gündür. Bir daha şəhidlərimizə Allah rəhmət diləyir, başın sağ olsun, “qürurla sabahına bax, Azərbaycan” deyirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər