8 Aprel 2020 17:13
2 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Feysbukda canlı yayıma çıxan Ermənistanın baş naziri Nikol Paşinyan üç saatlıq çıxışı ərzində problemlərdən danışmaq əvəzinə, yenə də insanları əyləndirməklə məşğul oldu”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “Past” qəzetində yayımlanan bir məqalədə bildirilib.

Nəşr yazır:

“Bir çoxları Paşinyanın üç saat ərzində yeni bir şey söyləmədiyini, ona ünvanlanan sualların çoxunun əvvəlcədən hazırlandığını və feyk profillər vasitəsilə ünvanlandığını deyirlər. Habelə, baş nazirin ən ciddi problemlərə dair sualların üzərindən peşəkarlıqla keçdiyini söyləyirlər. Onun pensiyalar və əmək haqları barədə çıxışları yağlanmışdı və bu yöndə mümkün artım haqda riyazi hesablamaları şübhə doğurdu. Ümumilikdə üç saatlıq çıxışındakı ziddiyyətlər özünü açıq şəkildə göstərdi.

Hazırkı vəziyyətdə, bütün dünya böhranı aradan qaldırmaq məsələsi ilə məşğul olduğu halda, bizim baş nazir yenə öz sələflərindən, müxalifətdən və mediadan narahatdır. Ən başlıcası, bu canlı yayımdan aydın oldu ki, hakimiyyət bu böhrandan da dərsini almayıb. Özlərini məsum etdikləri halda, yenə də yaranmış ağır vəziyyətə görə “düşmən” axtarırlar. Danışmaq çətindir, kədərli mənzərədir. Əlbəttə, hər şey koronavirusdan sonrakı dövrdə ən aydın şəkildə bəlli olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu