2 İyun 2020 13:03
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Botsvanada 110 fil naməlum şəraitdə ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Qorunması, Təbii Sərvətlərin Mühafizəsi və Turizm Nazirliyi məlumat yayıb.

“İlk ölümlər 11 may 2020-ci ildə qeydə alınıb və cəsədlərə toxunulmayıb. Yəni, brakonyerlik ehtimalı istisna edilir. Növbəti araşdırma nəticəsində məlum olub ki, ölümlərin səbəbi Sibir xorası və insanlar tərəfindən zəhərlənmə də deyil”, – deyə məlumatda bildirilir.

Ölü heyvanlar ölkənin şimal-qərbində, Okavanqo çayının deltasında tapılıb. Mayın 29-da Ətraf Mühitin Qorunması, Təbii Sərvətlərin Mühafizəsi və Turizm naziri Filda Nani Kerenq hadisə yerinə gedib. O, respublikanın müdafiə qüvvələri və polisin nümayəndələri, baytar həkimləri, ətraf yaşayış məntəqələrinin rəhbərliyi və vəhşi təbiəti mühafizə işçiləri ilə müşavirə keçirib. Ancaq fillərin ölümünün səbəbini müəyyən etmək mümkün olmayıb. Nazirlik bu istiqamətdə təhqiqatların davam etdiyini bildirib.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Botsvanada demək olar ki, 90-a yaxın fil ölü tapılmışdı. Həmin vaxt onların brakonyerlər tərəfindən öldürüldüyü məlum olmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər