5 Oktyabr 2014 01:32
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiyada Qurban bayramı münasibətilə heyvanların kəsilməsinə etriz edə fəallar aksiya keçirib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, heyvanları müdafiə edənlər Qurban bayramı günü onların kəsilməsinə etiraz ediblər. Sankt Peterburqda yürüş keçirən etirazçılar bildirib ki, onlar müsəlmanların adətlərinə hörmət edirlər, lakin kəsilən heyvanların sayı azaldılmalıdır.

Onlar hesab edir ki, "əgər insanlar heyvanları öldürməkdən əl çəkməsə, müharibələrə son qoyulmayacaq, insanlar biri-birini öldürəcək".

50 fəalın qatıldığı aksiyada iştirakçılar əllərində "Heyvanlar da insanlar kimidir, sadəcə, onların köynəyi başqadır", "Biz sizinlə eyni qandanıq", "Doğma şəhərdə zoofaşizmə yol verməyək" şüarları yazılan plakatlar tutublar.

Küçədən keçənlər onlara reaksiya verib, hətta 300 nəfərə yaxın şəxs heyvanların müdafiəsi ilə bağlı imzatoplama kampaniyasına qatılıb.

Nihad


Müəllif: