Ukraynanın Kolesnikovka yaşayış məntəqəsində separatçı qruplar yenidən Luqansk sərhəd dəstəsini atəşə tutublar.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu haqda Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının İnformasiya-Analitik Mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.
Bu gün keçirdiyi birifinqdə Lısenko qeyd edib ki, Stanitsa-Luqansk istiqamətində separatçıların snayper qruplarının fəallığı müşahidə edilir: “Belə ki, dünən Kolesnikovka məntəqəsi ərazisində 15:50-də snayperlər Luqansk sərhəd dəstəsini atəşə tutublar. Sərhədçilərin arasında zərərçəkmiş yoxdur".
Nail Cəlil