31 İyul 2021 20:11
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya nota verərək, rəsmi Kiyevdən müharibə abidələrini qorumaq və bununla bağlı beynəlxalq öhdəliklərini və milli qanunvericilik normalarını yerinə yetirməsini tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya diplomatik xidmətinin saytında məlumat yayılıb.

Açıqlamada Ukraynada sovet abidələrinin sökülməsi kursunun davam etdirilməsinin rəsmi Moskva tərəfindən qınanıldığı bildirilib.

XİN Ukrayna rəhbərliyini keçmiş SSRİ-nin bütün xalqlarının birgə səyləri ilə əldə edilmiş tarixi saxtalaşdırmaqda, ukraynalıları İkinci Dünya Müharibəsindəki qələbədən məhrum etmək cəhdlərində ittiham edib.

Qeyd edək ki, iyulun əvvəlində 1970 -ci ildə Lvovda nasizm üzərində qələbənin xatirəsinə qoyulmuş abidənin sökülməsi xəbəri yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu