23 Avqust 2021 15:58
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ nəzarət etdiyi Həmid Kərzai adına Kabil hava limanına daxil olmaq şətlərini dəyişdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN İnternational televiziya kanalı məlumat yayıb.

CNN-ə danışan və adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib ki, Vaşinqton bazar ertəsindən başlayaraq yalnız ABŞ vətəndaşlarının, digər NATO ölkələrindən olan şəxslərin və yaşıl kartı olan insanların Kabildəki hava limanına daxil olmasına icazə verəcək.

Qaynaq eyni zamanda bildirib ki, Əfqanıstandakı NATO missiyası və Qərb strukturları üçün işləyən və ABŞ-ın “Xüsusi Köçkün Vizası” Proqramına müraciət edən əfqanlar hava limanına daxil ola bilməyəcək.

Xatırladaq ki, bundan əvvəl “Taliban”ın Dohadakı siyasi qanadının sözçüsü Süleyh Şahin bəyan edib ki, avqustun 31-dən sonra ABŞ və digər əcnəbi ölkələrin hərbi qüvvələrinin Əfqanıstanda qalmasını tanımayacaqlar və belə bir istək olasa, onu rədd edəcəklər.


Müəllif: Cavad