Ukrayna hakimiyyəti Krımla bağlı mövqeyini dəyişdi və bu məsələnin bağlandığını anladı.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Diplomatın sözlərinə görə, Krım və Donbasda, Donetsk və Luqansk bölgələrində “seçki”lərin keçirilməsi Ukrayna hökumətini narahat etməməlidir, çünki bu ərazilər Kiyev nəzarətində deyil.
“Krım həll edilmiş məsələdir, biz hər şeyi çoxdan izah etmişik və Ukrayna liderlərinin özləri də hər şeyi başa düşürlər”, - Lavrov bildirib.