ABŞ-ın hava zərbələrinin İraqda cihadçıların liderlərini məhv etməsinə baxmayaraq, İŞİD komandanlığını yenidən bərpa edəcək.
Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, bu barədə Britaniyanın müdafiə xidmətinin rəhbəri Nik Nyuqton İŞİD lideri əl-Bağdadinin vurulması haqqında xəbərləri şərh edərkən deyib.
Nyuqton BBC-yə verdiyi müsahibəsində deyib ki, Mosul yaxınlığında Amerikanın hücumu nəticəsində Əbu Bəkr Əl-Bağdadinin öldürüldüyünü təsdiq edə bilməz. Lakin Bağdadi öldürülmüş olsa belə, bunun cihadçılara qarşı əks strategiya olacağını söyləmək olmaz.
İraqda isə hava hücumları zamanı İslam Dövlətinin liderlərinin öldürülməsi ilə bağlı təhqiqatlar davam etdirilir.