14 Mart 2022 09:39
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələri işğalçılar tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində düşmənin maddi-texniki təminatı sistemini pozmaq üçün arxa infrastruktura (sahə bazaları və anbarlar) sarsıdıcı zərbələr endirib. Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri tərəfindən 4 təyyarə, 3 helikopter və pilotsuz uçuş aparatı vurulub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saat 06:00-a olan operativ əməliyyat məlumatında bildirilib.

Baş Qərargah qeyd edir ki, Ukrayna xalqının rus hərbi işğalına qəhrəmancasına müqavimətinin on doqquzuncu dövrü başlayıb.

"İşğalçı qüvvələr bütün istiqamətlərdə hücum əməliyyatı keçirməkdə ciddi uğur qazana bilməyib. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin möhkəmləndirilməsinə və saxlanılmasına yönəldilib.

Düşmənin atəş mövqelərini təchiz etmək, silah və hərbi texnika yerləşdirmək üçün mülki infrastrukturdan, o cümlədən dini obyektlərdən istifadə etməsi ilə bağlı hallar qeydə alınıb.

Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı olaraq qalır ki, bu da Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur. Mövcud məlumata görə, Belqorod Hərbi Komendantlığının hərbi düşərgəsi Rusiya Federasiyası ərazisindəki Belqorod şəhərində yerləşir. Düşərgədə müalicədən sonra xəstəxanalardan buraxılan və bölmələrə göndərilməyi gözləyən rusiyalı hərbçilər saxlanılır. Həmçinin qeyd olunan düşərgədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında iştirak etməkdən imtina edən hərbçiləri var, onlarla bağlı məhkəməyə qədər istintaq hərəkətləri həyata keçirilir.

Belarus Respublikası Silahlı Qüvvələrinin Ukrayna ilə müharibəyə aparmağa hazır olması ilə bağlı yayılan məlumatlara gəldikdə, bildirilir ki, Belarus Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər