Roman Abramoviçin nümayəndəsi iş adamının Kiyevə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək üçün səfər etdiyi barədə məlumatı təkzib edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya iş adamının nümayəndəsi bildirib.
"Cənab Abramoviç Kiyevdə deyil və bu yaxınlarda da orada olmayıb", - deyə qeyd edilib.
Qeyd edək ki, “Fortune” jurnalı mənbələrə istinadla Abramoviçin Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək məqsədilə Kiyevə getdiyini yazmışdı.