4 İyun 2022 23:58
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ukraynaya Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sölərinə görə, Qərb ölkələri rəsmi Kiyevlə Moskva arasında danışıqların aparılmasına imkan vermir:

"Bu, danışıqlar üçün hər hansı perspektivin olub-olmaması sualına cavabdır. Qərb Ukraynaya danışıqlar aparmağa imkan vermir. İki ay əvvəl Ukrayna bu məsələnin həlli ilə bağlı təklif irəli sürürdü. Bunu əsas təklif kimi qəbul etdik. Nəticədə Qərb gün ərzində ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər