13 Dekabr 2014 10:25
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 1963-cü ildə prezident Con Kennedini güllələyən Li Xarvi Osvaldın tabutu satılıb.

ANS PRESS-in məlumatına görə, qeyri adi lotu Texasın Fort-Uort şəhərinin dəfn mərasimləri bürosu satışa çıxarıb.

Tabut 87,5 min dollara alıcısını qismət olub.

Li Xarvi Osvald Kennediyə qəsd etdikdən az sonra gecə klubu sahibi Cek Rubi tərəfindən öldürülüb. 1981-ci ildə Osvaldın cəsədini yeni tabutda dəfn ediblər, köhnə tabutu isə xidmət bürosunun yiyəsi Allen Baumqartner xərraca qoyub.

Lakin satışdan Xarvi Osvaldın qardaşı 80 yaşlı Robert Osvald narazıçılığını bildirib. O satış əməliyyatının ləğvini tələb edərək məhkəməyə müraciət edib. Öz növbəsində Allen Baumqartner tabuta sahib olmağa haqqının olduğunu bildirib. Belə ki, tabut bit neçə on illikdir ki, tələb olunmur.


Müəllif:

Oxşar xəbərlər