1 Yanvar 2015 17:29
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qadın qızıl dükanına daxil olduqdan bir müddət sonra dükanı soyublar.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Umraniyədə yerləşən qızıl dükanına baş çəkən qadınlar satıcıdan bilərzik almaq niyyətində olduqlarını bildirdikdən sonra bir neçə qızıl əşyasına baxıblar.

Təxminən, 10-15 dəqiqədən sonra onlar heç nə almadan dükanı tərk ediblər. Bilərziklərin əskik olduğunu görən satıcı dərhal dükanın təhlükəsizlik xidmətinin əməkdaşlarına bu barədə məlumat verir. Dükanın təhlükəsizlik kamerasındakı görüntülərə baxdıqda məlum olub ki, həmin qadınlar satıcının başını söhbətə qataraq bilərzikləri götürüb aradan çıxıblar. Satıcı Oqtay Şekercioğlunun sözlərinə görə, qadınlar ümumi çəkisi 60 qram, dəyəri isə 5 min lirə olan bilərzikləri bir göz qırpımında oğurlayıblar.

Hadisə ilə bağlı məlumatlandırılan polis qadınların və bilərziklərin axtarışına başlayıb. Araşdırmalar davam edir.


Müəllif: