Finlandiya prezidenti Sauli Ninistö amerikalı həmkarı Co Baydenlə paytaxt Helsinkidə keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Finlandiya lideri ölkəsinin NATO üzvlüyündən də danışıb.
“Fin xalqı indi özünü daha təhlükəsiz hiss edir. Hazırda əhalimizin 80 faizi NATO üzvlüyünü dəstəkləyir, 80 faizdən çoxu isə müttəfiqləri müdafiə edəcəklərini bildirir”, - Ninstö deyib.
Finlandiyanın NATO-ya üzvlüyü apreldə təsdiqlənib.