25 İyul 2023 11:31
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti geosiyasi gərginliyin artması şəraitində texnologiyaların inkişafını stimullaşdırmaq və kritik komponentlərin tədarükünü təmin etmək üçün ölkədə çip istehsalına 20 milyard avro sərmayə qoymağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi “Bloomberg” agentliyi məlumat yayıb.

Hökumət artıq ABŞ-ın prosessor istehsalçısı “Intel Corp” üçün yeni zavodun tikintisi üçün 10 milyard avroluq investisiyanı təsdiqləyib. Səlahiyyətlilər indi Tayvan Yarımkeçirici İstehsalat Şirkəti və alman çip istehsalçısı “Infineon Technologies AG”ni genişləndirmək üçün 7 milyard avroluq subsidiya üçün danışıqlar aparır. Ən azı daha 3 milyard avro isə digər layihələrə, o cümlədən mikrosxem istehsalı üzrə birgə müəssisənin tikintisinə sərf oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər