3 Avqust 2023 01:39
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın nüfuzlu “France Presse” agentliyi müəllif hüquqlarını pozduğuna görə “Twitter”i məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, “France Presse”in yaydığı kommünikeyə görə, agentlik onun materiallarından istifadə edən “Twitter”dən bunun əvəzini tələb etmək niyyətindədir.

Lakin sosial şəbəkə bununla bağlı müraciətlərə məhəl qoymayıb.

Agentliyin qeyd etdiyi kimi, əvvəllər Fransa mediası, o cümlədən AFP, materiallarının istifadəsi üçün “Google”dan məhkəmə yolu ilə təzminat alıb. Ancaq kompensasiyanın məbləği açıqlanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər