20 Noyabr 2023 23:13
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski qarşıdan gələn prezident seçkilərində məğlub ola biləcəyindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazır.

Prezident Zelenski bundan əvvəl bildirmişdi ki, hazırki situasiyada prezident seçkilərinin keçirilməsini yersiz hesab edir. Onun fikrincə, bu məsələ indi aktual deyil və buna son qoymaq lazımdır.

Eyni zamanda, Ukraynanın Strana.ua saytı ölkənin siyasi-hərbi rəhbərliyində artan ziddiyyətlərə diqqət çəkib. Mənbə iddia edir ki, Silahlı Qüvvələrin ali baş komandanı Valeri Zalujnı Zelenskiyə alternativə çevrilir, onun Ukrayna prezidentliyinə iddiası ola bilər.

Britaniya nəşrinin yazdığına görə, Zelenski “Çörçill fenomeni”ndən narahatdır. Uinston Çörçill İkinci Dünya Müharibəsi illərində ölkəyə rəhbərlik etsə də, sonrakı seçkilərdə “Britaniya Mühafizəkarlar Partiyasının qələbəsini təmin edə bilməyən baş nazir” adını daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər