8 Fevral 16:37
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı təkrar zərbələri rəsmi Bağdadı Amerikanın rəhbərlik etdiyi koalisiyanın ölkədəki missiyasını dayandırmağa sövq edir.

Teleqraf.com xəbər verir ki, bunu İraq baş nazirin sözçüsü Yəhya Rəsul deyib.

Rəsul koalisiyanın qeyri-sabitlik faktoruna çevrildiyi və İraqı münaqişə zəncirinə salmaqla təhdid etdiyini bildirib.

ABŞ ordusu dünənki hücumda İraqda İranın dəstəklədiyi silahlı “Kətaib Hizbullah” qruplaşmasının komandirinin öldürüldüyünü açıqlayıb. Pentaqon qruplaşmanı ABŞ hərbçilərinə hücumda ittiham edib.

ABŞ-nin İraqda rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya İŞİD-lə mübarizə üçün yaradılıb. Birləşmiş Ştatların İraqda 2500 hərbçisi var.

Qəzzada İsrail-HƏMAS müharibəsi başlayandan bəri İranın dəstəklədiyi radikal silahlı qruplaşmalar tərəfindən regionda yerləşən ABŞ qüvvələrinə tez-tez hücumlar edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər