9 İyul 20:44
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İran dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.


Müəllif: Teleqraf.com