2 Noyabr 14:15
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsrailin son hücumundan sonra yenidən hərəkətə keçə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Qərb rəsmilərinə istinadən yazır.

Onların fikrincə, İranın ballistik raketləri İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçərsə, İsrail ərazisindəki obyektlərə böyük ziyan vura bilər.

Nəşrin məlumatına görə, İsrailin hücumu nəticəsində İranın strateji əhəmiyyətli obyektlərini qoruyan hava hücumundan müdafiə sistemləri zədələnib: "Buna görə də İran bu dəfə daha fərqli şəkildə cavab verə bilər. Ancaq nəzərə almalıdır ki, İsrail növbəti dəfə hərəkətə keçsə, Tehran üçün daha ağır nəticələnə bilər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər