4 Noyabr 08:00
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində Aleksandr Stoyanoqlo üzərində 10 faizə yazın fərqlə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə noyabrın 3-də keçirilən seçkilərin ikinci turunun ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkin səsvermə nəticələrinə əsasən, M.Sanduya 908 196 seçici (54,91%), A.Stoyanoqloya isə 745 866 seçici (45,09%) səs verib.

Seçkilərdə 1 697 019 Moldova vətəndaşı iştirak edib ki, bu da 54,28% təşkil edir. Bu saata kimi səsvermə protokollarının 98,6 faizi hesablanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər