Benyamin Netanyahu respublikaçı Donald Trampın prezident seçilməsindən sonra keçmiş təhsil nazirinin müavini Yechiel Layiteri İsrailin ABŞ-dakı səfiri təyin edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu həkim Yechiel Layiteri İsrailin ABŞ-dakı səfiri təyin edib”, - məlumatda bildirilir.
Vurğulanır ki, Layiter özü də ABŞ-dandır və Amerika administrasiyasına və ölkəsinə yaxşı bələddir.