9 Noyabr 01:47
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, müəyyən edilmiş halların yoxlanılması və nikahların məhkəmə qaydasında etibarsız hesab edilməsinə başlamaq üçün materiallar prokurorluğa göndərilir.

Nazirlik qanunun xarici vətəndaşlara miqrasiya statusu almaq üçün qondarma nikahdan və atalıqdan istifadə hallarının aradan qaldırılmasına yönəlmiş müddəalarını həyata keçirməyə hazırdır.

Qeyd edək ki, qanun 25 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər