6 Dekabr 15:30
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Almaniyanın təhlükəsizliyi üçün ən böyük təhlükə olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius bildirib.

Bundestaqda çıxış edən Pistorius Rusiyanın müdafiə səylərinin artırılması ilə bağlı xəbərdarlıq edib.

“Rusiya tam olaraq müharibə iqtisadiyyatına keçib və hər il orduya 1000-1500 tank verir. Bu, beş ən böyük Avropa ölkəsinin cəmindən təxminən iki dəfə çoxdur.

Bizə aydındır, Rusiya təhlükəsizliyimiz üçün ən böyük təhdid olaraq qalır və yaxın gələcəkdə də belə qalacaq”.

“Əvvəllər belə bir qanun yox idi, amma təcili ehtiyac var. Biz cazibədar təkliflər vasitəsilə yüksək ixtisaslı keçmiş Bundesver əsgərlərini başqalarının maraqları üçün işləməyə cəlb etmək cəhdlərinin qarşısını alacağıq”, - deyə Boris Pistorius bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər