ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fransanın paytaxtı Parisə yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Ağ Ev lideri yenidən təmir olunan Notr-Dam kilsəsinin xüsusi açılış mərasimində iştirak edəcək.
Bu, Trampın yeni prezident seçildikdən sonra xaricə ilk səfəridir.
Qeyd edək ki, tədbir 2019-cu ildə baş vermiş yanğından sonra tam bərpa edilən kilsənin ilk dəfə ziyarətçilərə açılması münasibətilə keçirilir. Açılış mərasimində onlarla ölkədən dövlət və hökumət başçısı iştirak edəcək.