Azərbaycana saqqız idxalı azalıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 511.66 ton saqqız idxal olunub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 107.3 ton azdır.
Ötən ilin 11 ayında idxal olunan saqqızın ümumi dəyəri 21 milyon 562.2 min dollar olub.