7 Yanvar 11:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb.

Teleqraf.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib. Dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub.

Bu qərar ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarında səhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşdırılması məqsədi daşıyıb.

Qeyd edək ki, Vergilər Məcəlləsinə edilən bu dəyişiklik yanvarın 1-dən qüvvədədir.


Müəllif: Teleqraf.com