"ABŞ müdaxilə etmək qərarına gəlməsəydi, Ukraynadakı münaqişənin qarşısını almaq olardı".
Teleqraf.com xəbər verir ki, bu barədə Serbiyanın "Pechat" jurnalı hazırladığı məqaləsində yazıb.
“Onda münaqişə bir neçə ay ərzində bitəcəkdi. Ukrayna hətta ən ekstremal halda da xeyli az ərazi və insan itkisinə məruz qala bilərdi. Amma əslində münaqişə baş verməzdi, çünki Kiyevin döyüşmək üçün resursları olmazdı”, - materialda deyilir.
Müəlliflər qeyd ediblər ki, ABŞ münaqişə başlamazdan əvvəl Ukraynanı gizli şəkildə silahla təmin edib. Vaşinqtonun bu cür hərəkətləri vəziyyətin inkişafına və uzanmasına səbəb olub.